Accessibility links

Con Travoltanı ittiham edən şəxsin vəkili ittihamı geri götürüb

  • Amerikanın səsi

Con Travolta və onu seksual təcavüzdə ittiham edən şəxs məhkəmədə qarşılaşmayacaqlar. Adı gizli saxlanılan şəxsin vəkili Okori Okoroça deyib ki, onun müştərisi hadisənin baş verdiyi vaxtla bağlı məlumatda qeyri-dəqiqliyə yol verdiyi üçün ittihamı geri götürüb.

Travoltanın vəkilləri hadisənin fantastika aləmindən götürülmüş bir cəfəngiyyat olduğunu deyir.

Lakin iddiaçının ittihamını geri götürməsinə baxmayaraq, Travoltanın məhkəmə macaraları hələ bitməyib. Belə ki, Okorçanın ikinci müştərisi də Con Travoltaya qarşı eyni ittihamla çıxış edir. Amma Travoltanın vəkilləri bu ittihamı da cəfəngiyyat adlandırır.

Qalmaqal Travoltanın yeni filmdə məşhur qanqster Con Qotti roluna çəkildiyi vaxta təsadüf edir. Məşhur mafia başçısının ailə üzvləri və dostları Qotti rolunun ifaçısı ətrafında qalmaqlı yaxından izləyirlər. Con Qottinin dul qalmış xanımı Viktoriya Qotti New York Daily News qəzetinə verdiyi müsahibədə onun həyat yoldaşının rolunda çəkilən Travoltanın hansı seksual orientasiyaya mənsub olmasının mühüm olmadığını deyib. Deyilənə görə Qottinin oğlu Travoltaya yazdığı məktubda bu ağır günlərdə onu müdafiə edəcəyini bildirib.

XS
SM
MD
LG