Accessibility links

Con Kerri keçmiş SSRİ-nin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb


Con Kerri QHT fəlları ilə görüşüb
Con Kerri QHT fəlları ilə görüşüb

Dekabrın 5-də ABŞ dövlət katibi Con Kerri bir sıra ölkələrin Bazelə QHT nümayəndələrinin konfransına gələn vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

ATƏT-in mətbuat xidmətinin məlumatında deyilir ki, Kerri fəallarla həmrəyliyini bildirib və qeyd edib ki, müstəqil vətəndaş cəmiyyəti təşkilatları “insan ləyaqətinin və azadlığının müdafiəsi və təşviqi üçün mütləq şərtdir”.

Fəallardan hər birinin Dövlət Katibi Kerri ilə onlarda narahatlıq doğuran konkret məsələləri, habelə öz ölkələrində hadisələrin gedişatını daha geniş kontekstdə müzakirə etmək imkanına malik olub. ABŞ dövlət katibi ABŞ və digər ATƏT üzvlərinin insan hüquqları və demokratiyanın inkişafı sahəsində irəliləyiş üçün həm ikitərəfli diplomatik səylər vasitəsilə, həm də ATƏT çərçivəsində nə edə biləcəyi ilə bağlı tövsiyələri ilə maraqlanıb.

ABŞ dövlət katibi Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Türkmənistan fəallarını inandırıb ki, ABŞ bundan sonra da vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərlə, o cümlədən qadağaedici qanunlar və QHT və müstəqil KİV-in fəaliyyətini çətinləşdirən təcrübə ilə bağlı, habelə hüquq müdafiəçilərinin və jurnalistlərin “xarici casus” kimi yalan ittihamlarla təqibi ilə bağlı narahatlığını bildirəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG