Accessibility links

Conah Hill filmdə külli miqdarda saxta kokain iylədiyinə görə xəstəxanaya aparılıb


Conah Hill “Wall Streetin Canavarı” filminin çəkilişlərində külli miqdarda saxta kokain iylədiyinə görə xəstəxanaya aparılmalı olub.

32 yaşlı aktyor filmin çəkilişlərində çoxlu saxta kokain iyləməsinin onda bronxit xəstəliyinin yaranmasına səbəb olduğunu deyib.

Hill deyib ki, onlar əsil kokain əvəzinə vitamin tozundan istifadə edib. Və onlar yeddi ay ərzində hər gün saxta kokaindən istifadə etdiklərinə görə aktyor xəstəxanalıq olub.

Cona Hill ömründə bu qədər D Vitamini qəbul etmədiyini deyib. O, bu qədər vitamin qəbul etdikdən sonra maşınını başının üzərinə qaldıra biləcəyini deyib.

İndi isə Cona “Müharibə İtləri” adlı yeni film layihəsində iştirak edir. Bu filmdə də o nəşəli insan obrazını yaratmalıdır. Və bu onu narahat etməyə başlayıb.

Amma aktyor nəşəli insan obrazını yaratmağın maraqlı olduğunu deyir. Bunun üçün o çox sayda kofe və Red Bull içəcəyini deyir.

Belə baxanda Cona həqiqi incəsənət qurbanıdır.

XS
SM
MD
LG