Accessibility links

Cona Hill Fransız kanalının verlişində iştirak edən zaman aparıcı tərəfindən təhqir olunub.

Müharibə İtləri filmini reklam etmək marağında olan Cona fransa eleviziyasının aparıcısı Ornella Fleurinin təhqiramiz zarafatını dinləməli olub.

Belə ki, aparıcı Oskar mükafatına nominasiya edilmiş aktyorla seksual fantaziya zarafatı edib.

Aparıcı Hill-ə tamaşaçılar qarşısında öz fantaziyasını bölüşərkən bunları deyib – “Mən təsəvvür edirəm ki, səninlə gecə vaxtı hoteldə görüşürük, sən zarafat edirsən və mən çoxlu gülürəm. Və sonra gözlənilmədən sən dostların Leonardo Dikaprio və Bred Pitti otağa gətirirsən və sonra özün gedirsən.”

Əlbəttə, bu zarafatdan çox kəskin təhqirə daha çox bənzədiyindən aktyor Cona “Mən bu şouda iştirak təklifini məmnuniyyətlə qəbul etdim. Amma bilmirdim ki, burada yerli aparıcı tərəfindən ələ salınacam, çox gözəl” deyə bildirib.

Bundan sonra Hilldən üzr istənilib. Aparıcı ona səhvən yaxın dostu ilə zarafat etdiyini düşündüyünü, lakin Conanın onun yaxın dostu olmadığını anlamağa başladığını bildirib.

Bundan sonra aparıcı onu karyerasında gördüyü işlərə görə compliment edib.

Amma bütün bunlara baxmayaraq Hill onunla gələcək müsahibələri ləğv edib.

XS
SM
MD
LG