Accessibility links

“Quzuların Sükutu” filminin rejissoru Conatan Demm vəfat edib


Filmləri tamaşaçıları təəcübləndirən və onları güldürən Oskar qalibi, ABŞ kino-rejissoru Conatan Demm çərşənbə günü Nyu-York şəhərində 73 yaşında vəfat edib.

Onun ailəsi Demmin mədə xərçəngi xəstəliyindən əziyyət çəkdiyini deyib.

Demm Hollivud tarixində ən eklektik rejissorlardan hesab edilə bilər. O, unudulmaz gülüş doğuran komediya filmləri, qorxulu filmlər, tamaşalar və emosional drama filmləri çəkib.

1991-ci ildə Antoni Hopkinsin “Quzuların Sükutu” adlı triller filmində dəmir barmaqlılar arxasında saxlanılan, qorxulu maskada adamyeyən qatil obrazı tamaşaçıları vahiməyə salır və Ən Yaxşı Rejissor kateqoriyası da daxil olmaqla, beş Oskara layiq görülür.

Bu filmin ardınca o, 1993-cü ildə Tom Henksin iştirakı ilə QİÇS xəstəliyinə yoluxmuş vəkildən bəhs edən “Filadelfiya” filmini bitirir. Film homoseksualların cəmiyyətdə necə təsvir edildiyini nümayiş etdirir və QİÇS epidemiyasının ciddiliyinə diqqəti çəkir.

XS
SM
MD
LG