Accessibility links

İsrailli casus ABŞ-da şərti azadığa buraxılıb


İsrailin baş nazirinin bildiridiyinə görə, israilli casus Conatan Pollard 30 il ABŞ həbsxanasında keçirdikdən sonra şərti azadlığa buraxılıb.

Sabiq ABŞ hərbi donanmasının istintaq xidmətinin mülki analitiki məxfi müdafiə sənədlərini İsrailə satdığını boynuna aldıqdan sonra 1987-ci ildə ömürlük həbs cəzası alıb.

“İsrail xalqı Conatan Pollardın tərxisini alqışlayır,” deyə Benyamin Netanyahu əlavə edib.

1995-ci ildə həbsdə ikən İsrail vətəndaşlığı alan 61 yaşlı Pollardın Nyu-Yorka yerləşəcəyi gözlənilir. Orada o gələn 5 ili şərti azadlıqda keçirəcək. Onun icazəsiz İsrail daxil olmaqla, ölkəni tərk edib başqa bir yerə səfər etmək imkanı olmayacaq.

Həm Ədliyyə Nazirliyi, həm də Pollardın vəkilləri şərtlərin detallarını müzakirə etməkdən imtina edib.

Hökümətyönlü İsrail qəzeti İsrail Hayom-un verdiyi məlumata görə, Netanyahu ABŞ-dan Polların dərhal İsrailə köçməsini tələb edib.

İki Nyu-York konqresmeni- Eliot Engel və Cerrold Nadler də həmçinin ABŞ-ın baş prokuroru Loretta Linçə məktub yazaraq Polların Amerika vətəndaşlığından imtina etməklə İsrailə mühacirətinə icazə verilməsini istəyib.

XS
SM
MD
LG