Accessibility links

Konqres liderlərinin dediyinə görə, Meksika sərhədindən Birləşmiş Ştatlara qeyri-qanuni keçən miqrant uşaqlarla bağlı hələ heç bir qanun layihəsi hazırlanmayıb. Prezident Barak Obama Mərkəzi Amerikadan qanunsuz gələn uşaqlar üçün düşərgələr, uşaqların məsələlərinə baxilması üçün daha çox hakim cəlb edilməsi və sərhəddə təhlükəsizliyin gücləndirilməsinə yardım üçün Konqresdən 3.7 milyard dollar istəyib. Lakin Respublikaçılar prezidentə kart-blanş verilməyəcəyini deyir.

Cənab Obama Mərkəzi Amerikadan hər gün Birləşmiş Şatalar sərhədini yüzlərlə uşağın qeyri-qanuni keçdiyini deyərək, Konqresdən təcili addımlar atılmasını istəyib. Lakin bu kimi qərarlar əsasən Konqresin Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası tərəfindən qəbul edilir.

Nümayəndələr Palatsının spikeri Con Beyner cümə axşamı müxbirlərə deyib ki, Respublikaçılar məsələ ilə bağlı heç bir qərara gəlməyiblər. “Bizim qanun layihəmiz yoxdur. Biz bu haqda müzakirələr aparırıq və bunu davam etdirəcəyik,” - deyə cənab Beyner bildirib.

Cənab Beyner və digər Respublikaçılar prezidentin istədiyi layihə planının ən yumşaq variantının belə qəbul edilməyəcəyini deyib. Onlar 2008-ci ildə anti-insan qaçaqmalçılığı məqsədi çərçivəsində miqrant uşaqlara mühacirət məhkəməsində dinləmə hüququ verən qanunun ləğv edilməsinə çağırırlar.

Konqresdəki Demokratların çoxu maliyyə yardımı məsələsinin təcili həllini istəsələr də, digər hissəsi isə 2008-ci ildə qəbul edilən qanunun dəyişməsinin əleyhinədir. Nümayəndələr Palatasının Demokrat lideri Nensi Pelosi deyir: “Respublikaçıların məsələni siyasiləşdirməsi məni çox təəcübləndirir. Lakin onların hamısı belə düşünmür.”

Xanım Pelosi qaçqın uşaqların öz vətənlərində təhlükə ilə qarşılaşacağını deyib və Konqresi bu məsələyə ciddi yanaşmağa çağırıb.

Demokrat konqresmen Henri Kuelyar və Respublikaçı konqresmen Con Kornin “Mərkəzi Amerikadan gələn qaçqın uşaqların müalicəsi” layihəsinin müəllifləridir. Lakin yeni layihənin dəstəklənəcəyi sual altındadır.

Bu məsələyə Birləşmiş Ştatlar, Honduras, Qvatemala, Meksika və Salvador cəlb edilir. Həm Respublikaçılar, dəm də Demokratlar sərhədlə bağlı böhranı bir aylıq yay tətilinə getməzdən əvvəl aradan qaldırmağa çalışırlar. Tətilə isə bir neçə gün qalır.

XS
SM
MD
LG