Accessibility links

Respublikaçı konqresmen Ed Roys Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yeni həmsədri seçilib


Konqresmen Roys ABŞ Konqresində Ermənistan işçi qrupunun həmsədridir

Kaliforniya ştatından respublikaçı konqresmen Ed Roys ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni həmsədri seçilib. Konqresmen Roys komitədə xidmət etmək üçün qoyulmuş möhlətə əsasən vəzifə müddəti bitən Florida ştatının qadın təmsilçisi İleana Ros-Lehtineni əvəz edəcək.

61 yaşlı Ed Roys ABŞ Konqresində 20 illik təcrübəyə malik veteran qanunverici hesab edilir. O, Konqresdə Erməni işçi qrupunun həmsədridir. ABŞ-da fəaliyyət göstərən erməni lobbi təşkilatları konqresmen Roysun Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin həmsədri vəzifəsinə seçilməsini alqışlayıb. Lobbi təşkilatlarının nümayəndələri komitənin yeni həmsədri ilə ABŞ ermənilərini narahat edən məsələlərlə bağlı iş apara biləcəklərinə dair ümidlərini ifadə ediblər. Ed Roys ABŞ Konqresində ABŞ-ın ermənilərin iddia etdiyi soyqırımın tanınması ilə bağlı səylərinin qızğın müdafiəçisi kimi tanınır.

Konqresmen Ed Roysun yanvar ayında yeni seçilmiş Konqres işinə başlayan vaxt Xarici Əlaqələr Komitəsinin həmsədri kimi Obama administrasiyasının İranla bağlı daha aqressiv siyasət yeritməsi istiqamətində fəaliyyət göstərəcəyi gözlənilir. Qanunverici İranı ABŞ və onun müttəfiqləri üçün ən böyük təhlükə adlandırır.
Respublikaçı konqresmen başçılıq edəcəyi komitənin Benqazidə ABŞ konsulluğuna Amerika səfiri və dörd diplomatın ölümülə nəticələnmiş hücumla əlaqədar tam hesabat verilməsinə çalışacağını bildirib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin keçmiş həmsədri İleana Ros-Lehtinen və Roysun mənsub olduğu Respublikaçılar partiyasının nümayəndələri onun namizədliyinə dəstək verib. Növbəti 113-cü Konqresdə Xarici Əlaqələr Komitəsinin əvvəlki üzvləri arasında üç respublikaçı konqresmen, o cümlədən, Kaliforniya ştatının təmsilçisi Dana Rohrabaçer Ed Roysun namizədləyini dəstəkləməyib.
XS
SM
MD
LG