Accessibility links

Mətbuat icmalı: Respublikaçılar yeni Konqresdə bəzi qanunları dəyişdirmək niyyətindədirlər

  • Amerikanın səsi

Mətbuat icmalı: Respublikaçılar yeni Konqresdə bəzi qanunları dəyişdirmək niyyətindədirlər

Mətbuat icmalı: Respublikaçılar yeni Konqresdə bəzi qanunları dəyişdirmək niyyətindədirlər

Nümayəndələr Palatasında isə respublikaçılar daha əsaslı dəyişikliklərə hazırlaşır. Nümayəndələr Palatasına yeni seçilən və əksəriyyətin Respublikaçılar partiyasının əlinə keçməsinə yol açan qanunvericilər prezident Obamanın dəstəklədiyi və demokratların nəzarətindəki əvvəlki Konqresin təsdiq etdiyi bəzi qanunvericilik aktlarını belə dəyişmək əzmindədir

Vaşinqtonda 112-ci Konqres çərşənbə günü öz işinə başlayacaq. Məlum olduğu kimi, ötən ilin noyabrında Konqresə keçirilən seçkilər nəticəsində respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini əldə edərək nəzarəti ələ keçirib. Respublikaçılar Senatda əksəriyyət əldə edə bilməsələr də, qazandıqları əlavə yerlərlə demokratlar üçün çox lazım olan 60 səsi əldə etməyi olduqca çətinləşdirib. Bu isə hətta, Senatda da qanunvericilik aktlarının qəbulunda respublikaçıların əvvəlki Konqreslə müqayisədə daha çox təsirə malik olması deməkdir.

Nümayəndələr Palatasında isə respublikaçılar daha əsaslı dəyişikliklərə hazırlaşır. Nümayəndələr Palatasına yeni seçilən və əksəriyyətin Respublikaçılar partiyasının əlinə keçməsinə yol açan qanunvericilər prezident Obamanın dəstəklədiyi və demokratların nəzarətindəki əvvəlki Konqresin təsdiq etdiyi bəzi qanunvericilik aktlarını belə dəyişmək əzmindədir. New York Times qəzeti yazır ki, yeni respublikaçıların çoxu birinci növbədə, onların seçilməsində mühüm rol oynayan və seçkiqabağı kampaniya vaxtı verdikləri sözləri yerinə yetirməyi planlaşdırır. Belə məsələlərdən ən mühümü isə universal səhiyyə sistemini dəstəkləyən prezident Obamanın ölkədə tibbi sığorta sahəsində əsaslı dəyişiklikləri nəzərdə tutan planını dəyişməkdir.

Bu isə Konqresdə aylarla davam edən müzakirələrdən sonra çətinliklə təsdiq olunmuş tibbi sığorta sistemi barədə qanun layihəsinin ləğv edilməsi və ya əsaslı şəkildə dəyişdirilməsi deməkdir.

New York Times yazır ki, Respublikaçılar Partiyasının liderləri məsələ ilə bağlı səsverməni bu ayın axırında prezidentin Konqresin birgə iclasında ölkənin vəziyyəti barədə illik hesabat məruzəsindən əvvəl keçirmək istəyir. Bunun məqsədi isə Nümayəndələr Palatasında Çay Partiyası hərəkatının təsiri altındakı respublikaçıları məmnun etmək və həmin palatada hakim partiya kimi respublikaçıların gücünü nümayiş etdirməkdir.

Eyni zamanda New York Times hesab edir ki, belə hərəkətin arzuedilməz nəticələri də ola bilər. Belə ki, bu, Demokratlara daha bir dəfə əhali arasında tibbi sığorta sistemində nəzərdə tutulmuş dəyişiklikləri himayə üçün kampaniya aparmaq imkanı verər.

Yeni Konqresdə iki tərəf arasında güclü mübarizə gözlənsə də seçkilər keçiriləndən indiyədək prezident Obama köhnə Konqresdə çox mühüm qərarların qəbuluna nail olub. Onların siyahısına vergi ixtisarlarının davamı, hərbi xidmətdə homoseksuallarla bağlı “soruşma, demə” adlı qanunvericilik aktının ləğvi ilə homoseksualların hərbi xidmət keçməsinə imkan yaradılması və Rusiya ilə əldə edilmiş nüvə silahlarının yayılmasının qarşısının alınması barədə müqavilənin Senat tərəfindən ratifikasiyası daxildir.

Nümayəndələr palatasının spikeri vəzifəsini tutacaq Ohayo ştatından respublikaçı qanunverici Con Boehnerin və başqalarının çıxışları isə Konqresin yeni sessiyasında qərarların yekdillikdən uzaq olacağından xəbər verir. New York Times-ın yazdığına görə, Cənab Boehner Konqresin büdcəsi də daxil federal nizamnamələrin, vergilərin və xərclərin kəsilməsi yolu ilə hökumətin həcmini kiçiltmək və özəl sektoru canlandırmaq səylərinə rəhbərlik edəcək.

Xərclərin kəsilməsi və qənaət edilməsi şuarları respublikaçıların ən çox üzərində dayandıqları məsələlərdir və bu Con Boehnerin spikerliyə gəlməsinə kömək edib. Hətta demokrat spiker Nensi Pelosinin dörd il əvvəlki andiçmə mərasimindən fərqli olaraq Con Boehnerin andiçmə mərasimi sadə olacaq.

Washinton Post qəzeti isə yazır ki, Con Boehner Nümayələr Palatasında edəcəyi çıxışı zamanı Çay Partiyasının himayəsi ilə seçilmiş və prezident Obamanın bəzi proqramlarını dəyişmək qərarında olan qanunvericilərin istəyini nəzərdə alacaq.

XS
SM
MD
LG