Accessibility links

Conni Dep ən məşhur kino ulduzlarındandır, amma deyəsən onun karyerasında böyük dönüş gözlənilir.

Populyar aktyor BBC Breakfast xəbər proqramına başqa fəaliyyətlərlə məşğul olmaq üçün film karyerasına son qoya biləcəyini deyib.

50 yaşlı aktyor müsahibədə belə deyib: "İl ərzində işlətdiyin dialoqun əksəriyyəti sənin özününkü deyil, kiminsə yazdığı dialoqdur, və bu prosesin davam etməsi ağlasızığmaz seçimdir."

Başa düşmək olar. Əsasən də nəzərə alanda ki, Conni üçün son illər çox çətin keçib. O, 14 il bərabər olduqdan sonra sevgilisi fransız müğənni Vanessa Peradesdən ayrılıb.

Conni Dep artıq 20 ildən çoxdur ki, kino sənətindədir. Amma pərəstişkarları əmin ola bilərlər ki, aktyorluq sənətini dayandırmazdan əvvəl o, Alisa Möcüzələr Aləmində filminin 2-ci hissəsi və ya Dəniz Quldurları silsiləsinin növbəti hissəsində çəkiləcək.

Hər halda aktyor səhnədən yaxşı notlarla getməyi tərcih edər.
XS
SM
MD
LG