Accessibility links

Bu gün Birləşmiş Ştatların Konnektikut ştatının Nyutaun şəhərində 20 yaşlı Adam Lanza ibtidai məktəbə hücum edərək 26 adamı, o cümlədən 20 uşağı öldürüb. Uşaqlardan 18-i hadisə yerində, 2-si xəstəxanada keçinib.

Məktəbə gəlməzdən öncə Lanza həmin məktəbdə müəllimə işləyən anasının sifətinə güllə vuraraq onu qətlə yetirib.

Qətlə yetirilənlər arasında məktəb müdiri, psixoloq və bir neçə müəllim də olub.

Sendi-Huk adına ibtidai məktəbdə 5-10 yaşlar arasında uşaqlar təhsil alır.

Adam Lanza məktəbə hücum edərkən Glock və Sig Sauer markalı tapançalar və bir tüfənglə silahlanıb. O, həmçinin güllə-keçirməyən jilet geyinib.

Məktəb binasında Adam Lanzanın cəsədi tapılıb. Rəsmilər onun özünə qəsd etdiyini güman edirlər.

Konnektikut qubernatoru Dan Malloy hadisədən şoka düşdüyün bildirib. Prezident Barak Obama ştat rəsmilərinə zəng edərək onlara başsağlığı verib. Prezident yardım üçün federal resursların səfərbər olunacağını deyib.

XS
SM
MD
LG