Accessibility links

Conni Deppin bədxərcliyi


Conni Deppin Karib Dəniz Quldurları silsilə filmlərindən öyrəndiyi qazandığı pulları səxavətlə xərcləməkdir.

New York Post’s Page Six-ə istinadən Depp pul xərcləməyi sevir. O, təkcə şəraba ayda 30 min dollar xərcləyir.

Biz bilmirik o, hər ay 3 şüşə şərabın hərəsini 10 min dollara alır, yoxsa 2 şüşənin hərəsinə 15 min dollar verir. Amma hər halda bu, yalnız başlanğıcdır. Deppin özünün qaldırdığı məhkəmə prosesində ona qarşı əks-ittiham irəli sürən keçmiş meneceri bildirib ki, pul xərcləməkdən özünü saxlaya bilmədiyinə görə Depp maliyə böhranı ilə üzləşir.

Page Six yazır ki, o, amerikalı müxbir Hanter Tomasın külünü sovurmaq üçün 3 milyon dollar, yaxtasına 18 milyon xərcləyib və hər ay təyyarə, təhlükəsizlik xidmətlərinə və işçilərinə 650 min dollar ödəyir.

Depp digər tərəfdən isə menecerlər qrupunu onu milyonlarla dollar aldatdıqlarına görə məhkəməyə verib… Onlar Deppə onun imkanları daxilində yaşaması barədə xəbərdarlıq etmələrinə baxmayaraq, Depp buna riayyət etməkdən imtina edib.

XS
SM
MD
LG