Accessibility links

ABŞ-ın keçmiş prezidenti ata Corc Buş 90 yaşının tamam olması münasibətilə ənənəvi olaraq paraşütdən tullanıb.

Birləşmiş Ştatların 41-ci prezidenti 90 illik yubiliyeni hazırda yaşadığı Meyn ştatının Kennebunkport şəhərində qeyd edib. Keçmiş prezident paraşütdən tullanmasına ordunun Qızıl Cəngavərlər Birləşməsinin təqaüdə çıxmış zabiti Maykl Elliot kömək edib.

Maykl Elliot beş il bundan əvvəl də cənab Buşun paraşütlə enməsinə kömək göstərmişdi.

ABŞ-ın keçmiş prezidenti 85 yaşı tamam olanda hər il ad günündə paraşütdən tullanacağına söz vermişdi.

Cənab Buş yerə endikdə onu həyat yoldaşı Barbara Buş və oğlu, ABŞ-ın daha bir keçmiş prezidenti Corc Buş qarşılayıblar. Onların müxbirlərin suallarına cavab vermədən eniş meydançasından uzaqlaşdığı bildirilir.

Cənab Buş ilk dəfə İkinci Dünya müharibəsi dövrü onun təyyarəsi Sakit okean üzərində vurulduqdan sonra paraşütlə tullanmışdı. Bundan sonra o, 75 yaşından başlayaraq hər beş ildən bir ad günündən paraşütlə tullanır.
XS
SM
MD
LG