Accessibility links

Corc Buş İraqa hərbi müdaxilənin düzgün qərar olduğunu deyir


Corc Buş İraqa hərbi müdaxilənin düzgün qərar olduğunu deyir
Corc Buş İraqa hərbi müdaxilənin düzgün qərar olduğunu deyir

Sabiq ABŞ prezidenti Corc W. Buş deyir ki, indiyədək də o, özünü İraqda kütləvi qırğın silahlarının tapılmamasından pis hiss edir. İraqda bu silahların mövcudluğu 2003-cü ildə ABŞ-ın İraqda Səddam Hüseynin devrilməsi ilə nəticələnən hərbi müdaxiləsinin əsasını təşkil edirdi. Cənab Buş Qərar Nöqtələri adlanan yeni kitabında İraq müharibəsi və prezidentliyinin başqa qalmaqallı məqamlarından bəhs edir. Kitabının təşviqi ilə bağlı NBC telekanalına verdiyi müsahibədə sabiq prezident İraqa müdaxiləni “düzgün qərar” adlandırır və bundan peşmançılıq hissi keçirmədiyini deyir. O, israr edir ki, İraq vətəndaşları “qatil diktator” Səddamsız daha yaxşı həyat imkanı qazanıblar. 64 yaşlı eks-prezident hökumətinin 2005-ci ildə Luiziana sahillərini viran qoyan Katrina qasırğasına reaksiyasında bir sıra səhvlərin olduğunu etiraf edib.

XS
SM
MD
LG