Accessibility links

ABŞ-ın sabiq prezidenti Corc Buş ata dörd gün əvvəl yıxılaraq boynunu sındırdıqdan sonra müalicə aldığı Meyn ştatındakı xəstəxanadan evə buraxılıb.

Həyatda olan ən yaşlı sabiq ABŞ presidenti olan 91 yaşı Corc Buş ötən çərşənbə günü Meyn ştatının Kennebunkport şəhərindəki yay evinin yaxınlığındakı xəstəxanaya aparılmışdı.

Onu müalicə edən həkimlər zədənin ciddi olduğunu etiraf edib, lakin cənab Buşun vəziyyətinin əla olduğunu və onun səhhətinin tam normallaşacağını bildiriblər.

Parkinson xəstəliyindən əziyyət çəkən cənab Buş son dəfə dekabr ayında ağır nəfəs alma problemi ilə əlaqədar xəstəxanaya aparılmışdır.

1988-ci ildə prezident seçilməzdən əvvəl o, Ronald Reyqanın iki prezidentliyi dövrü ABŞ-ın vitse-prezidenti vəzifəsini tutub.

Cənab Buş sabiq ABŞ prezidenti Corc Buş oğul və 2016-cı il prezidentliyə respublikaçı namizəd, sabiq Florida qubernatoru Ceb Buşun atasıdır.

XS
SM
MD
LG