Accessibility links

Corc Mayklın ürəyini ağrıdan nədir? Yəqin ki, əsəb xəstəliyindən müalicə olunmaq üçün Avstraliyaya qastrol səfərini təxirə salmasıdır. Bu xəbər müğənninin şəxsi veb səhifəsindən əldə edilib. Bu, ötən illərdə yoluxduğu xəstəliyin qorxusundan əmələ gəlmiş ola bilər. Maykl Vienna xəstəxanasında üç həftə sətəlcəm xəstəliyindən müalicə alıb. Onun səhhəti olduqca ağır idi. O dövrdə yaşadığı qorxu indi Mayklın əsəb sisteminə də təsir edib. Maykl musiqi yazıb ifa etməklə əsəb sisteminin düzələcəyinə ümüd etdiyini etiraf edib. Amma indi müğənni uzunmüddətli müalicədən keçməli olduğunu anlayır. O, əlavə edib ki, vəziyyətini ciddi qiymətləndirməyib və indi konsert gününü ləğv etmək onun ürəyini ağrıdır.

49 yaşlı müğənninin səhnəyə nə zaman qayıdacağı barədə bir söz deyilmir. Amma deyəsən ən azı gələn ilin əvvəlinədək o, konsert verməyəcək. Ən azı onun yaxşılaşacağına inamı var.
XS
SM
MD
LG