Accessibility links

Corc Mitçel: "Fələstinlilər sülh danışıqlarına davam etmək istəyir"


Corc Mitçel: "Fələstinlilər sülh danışıqlarına davam etmək istəyir"
Corc Mitçel: "Fələstinlilər sülh danışıqlarına davam etmək istəyir"

ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin sözlərinə görə, həm israillilər, həm də fələstinlilər vasitəli danışıqların davam etdirilməsini xahiş edib

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, fələstinlilərin İsrailin İordan çayının qərb sahilində inşaat işlərini dayandırmayadək danışıqları bərpa etməyəcəyini deməsinə baxmayaraq, onlar sülh danışıqlarına davam etmək istəyir. Corc Mitçelin sözlərinə görə, həm israillilər, həm də fələstinlilər Misrin paytaxtı Qahirədə vasitəli danışıqların davam etdirilməsini xahiş edib. Bu gün Misir prezidenti Hüsnü Mübarəklə görüşən Mitçel günün sonuna yaxın İordaniyaya səfər edəcək. İki gün öncə isə o, tikinti məsələsi ilə bağlı fikir ayrılığını aradan qaldırmaq üçün fələstinlilətin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmüşdü.

XS
SM
MD
LG