Accessibility links

Corc Mitçel Yaxın Şərq sülh prosesinin çanlandırılmasına çalışır


Corc Mitçel Yaxın Şərq sülh prosesinin çanlandırılmasına çalışır
Corc Mitçel Yaxın Şərq sülh prosesinin çanlandırılmasına çalışır

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel sülh prosesinin çanlandırılması məqsədi ilə Fələstin prezidenti Mahmud Abbasla görüşüb. Dünən o, İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirələr keçirmişdi. ABŞ Dövlət Departamenti Mitçelin İsrail görüşünü pozitiv adlandırıb. Danışıqların nailiyyətsizliyindən narahat olan fələstinlilər ABŞ, Avropa İttifaqı, BMT və Rusiyanın iştirak etdiyi Yaxın Şərq kvarteti ilə təcili yığıncaq keçirilməsinə çağırır. Görüşlər Amerikanın İsrailin İordan çayının qərb sahilində inşaatın dondurulmsı tələbini dayandırmasından sonra keçirilir. Amerikanın qərarı Benyamin Netanyahu tərəfindən alqışlanıb.

XS
SM
MD
LG