Accessibility links

Corc Vaşinqtona məxsus ABŞ Konstitusiyası hərraca çıxarılır


ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun 223 il yaşı olan ABŞ Konstitusiyası və Hüquqlar Bəyannaməsinin nüsxəsinin bu ay ərzində hərracda 2-3 milyon dollar arasında satılması ehtimal olunur.

Kitab şəklində olan sənədlərdə Vaşinqtonun əl yazısı ilə qeydləri var. Arasında prezidentin məsuliyyətlərinin də yer aldığı qeydlər oxunan vəziyyətdədir.

Kristinin (Christie) hərrac evi sənədi hərraca iyun ayının 22-si çıxarmağı planlaşdırır.

1876-cı ilədək Vaşinqtonun qohumlarında olan bu sənədlər həmin satışa çıxarılmışdı.

Xatırladaq ki, ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqton 1789-cu ildən 1797-ci ilədək hakimiyyətdə olub.

XS
SM
MD
LG