Accessibility links

Corc Vaşinqtonun yaşadığı Mount Vernonda Milad bayramı

  • Nərminə Cəlalqızı

Corc Vaşinqtonun yaşadığı Mount Vernonda Milad bayramı

Corc Vaşinqtonun yaşadığı Mount Vernonda Milad bayramı

Birləşmiş Ştatların Virciniya ştatındakı Mount Vernon ən çox sevilən tarixi abidədir. 1789-cu ildən 1797-ci ilədək Amerikanın birinci prezidenti olan Corc Vaşinqtonun yaşadığı bu evi ziyarət etmək üçün hər il bir milyona qədər insan gəlir. İndi muzey olan bu ev Milad bayramı üçün bəzədilib. Burada yolka ağacları bəzədilib, prezident Barak Obamanın şəkli də daxil edilməklə, Amerikanın bütün prezidentlərinin ornamental şəkilləri nümayiş etdirilir.

1700-cü illərin sonlarında Mount Vernonda hələ yolka ağacı bəzədilmirdi, ondan sonra gələn əsrdə bəzədilməyə başlayıb. O zamanlar prezident Vaşinqtonun yaşadığı ərazinin çox az bəzədildiyini deyilir.

Bayram münasibəti ilə prezident Corc Vaşinqton və onun həyat yoldaşı Martanın dostları Mont Vernona yığışırdılar. Mount Verorndan sözçü Melissa Vud Milad bayramı günü şənliklərin gecə 12-də, Marta Vaşinqtonun özünün hazırladığı tortu gətirdikdən sonra başa çatdığını deyir. O, indi də həmin tortun receptinin olduğunu və hər bayramda tortun hazırlanaraq, müzeyə gələnlərin qonaq edildiyini bildirir.

O vaxtlar Milad bayramı dini bayram sayılırdı. Xanım Vaşinqtonun obrazını yaradan bir qadın Milad bayramını belə təsvir edir.

“Biz Milad bayramına 12 gün qalmış kilsəyə getməklə qeyd edirdik. Biz Milad bayramı günü oruc tutur və allaha dua edirdik. Lakin mənim kiçik qardaşların küllə atmağı sevərdi və Milad bayramında gecə yarısı həyətə çıxaraq, xilasxarın doğum günü şərəfinə atəş açardılar” - deyə, o bildirir.

Bayramların birində prezident Vaşinqton qonaqlarının kefini açmaq üçün Mont Vernona dəvə gətirmişdi. İndi də Milad bayramı münasibəti ilə Virciniya fermasından buraya dəvə gətirilib.

Bayramda həyata keçirilən digər maraqlı tədbirlərdən biri də kakao dənələrindən şokolad hazırlanması olub.

Mont Vernonda Milad bayramı dostların və ailə üzvlərinin bir yerə toplaşdığı ən gözəl bir vaxtdır. Mount Vernon yeganə məkandır ki, burada 200 ildən çoxdur ki, Milad bayramı eyni cür qeyd edilir.

XS
SM
MD
LG