Accessibility links

İlham Əliyev Corc Sorosla görüşüb


Prezident İlham Əliyev Davosda Soros Fondunun təsisçisi Corc Sorosla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Soros Fondunun maliyyələşdirdiyi “Açıq Cəmiyyət İnstitutu – Azərbaycan” bölməsi Azərbaycanda 1996-cı ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Azərbaycan bölməsi fəaliyyətini dayandırıb. Fond Azərbaycanda orta hesabla hər il 2,5 milyon dollaradək büdcəsi olan 300-dək layihə maliyyələşdirib.

Layihələr QHT sektorunun qurulması, təhsil, tibb, demokratiyanın inkişafı, insan hüquqları, media azadlığı, jurnalist peşəkarlığının artırılması, narkomaniyaya qarşı mübarizə, milli tədris sisteminin təkmilləşdirilməsi, kitabların hazırlanması, hüquq maarifçiliyi, sosial reabilitasiya, iqtisadi islahatlar, qaçqınlara kömək və başqa sahələri əhatə edib.

Corc Soros 2003-cü ildə mərhum prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev Soros Fondunun Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirib.

Lakin sonradan Soros Fondunun Azərbaycandakı fəaliyyəti rəsmi şəxslər və iqtidaryönümlü media tərəfindən kəskin tənqid edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG