Accessibility links

Amerikalı ekspert Cory Welt: Qarabağ üzrə sülh danışıqları şəffaf olmalıdır


Amerikalı ekspert Cory Welt: Qarabağ üzrə sülh danışıqları şəffaf olmalıdır
Amerikalı ekspert Cory Welt: Qarabağ üzrə sülh danışıqları şəffaf olmalıdır

Cory Welt deyir ki, Dmitri Medvedev bu məsələyə artıq o qədər maya qoyub ki, əgər prosesdə irəliləyiş olmasa, bu, Medvedevin imicinə zərbə vurar. O mənada ABŞ və Rusiya həll yolları axtarmaqda eyni mövqedən çıxış edirlər. Əlbəttə, sual ondan ibarətdir ki, Rusiya bu prosesdən hansı nəticələri gözləyir. Prosesin sonrakı mərhələlərində ABŞ və Rusiya arasında da fikir ayrılıqları meydana çıxa bilər.

George Washington Universitetində Avrasiya, Şərqi Avropa və Rusiya Araşdırmaları İnstitutunun direktoru Cory Welt bu günlərdə Amerikanın Səsinin qonağı olub. Xidmətimizlə müsahibədə Dr. Welt Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının gedişatı barədə sualları cavablandırıb.

Sual: Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə Yerevana, daha sonra isə Bakıya səfər etdi. Səfərin rəsmi məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını araşdırmaqdır. Lakin Rusiyanın keçmiş tarixçəsini nəzərə alaraq bir çoxları Rusiyanın məramlarına şübhə ilə yanaşırlar. Sizcə Rusiya bu məsələdə nə dərəcədə səmimidir?

Cavab: Hesab edirəm ki, Rusiyada prezident administrasiyası Dağlıq Qarabağ konfliktini həll etməyə xeyli səmimi münasibət bəsləyir. Düşünmürəm ki, prezident və onun xarici işlər naziri ciddi olmasaydılar, məsələyə bu qədər enerji, vaxt və resurs sərf edərdilər. Dmitri Medvedev bu məsələyə artıq o qədər kapital sərf edib ki, əgər prosesdə irəliləyiş olmasa, bu, Medvedevin imicinə zərbə vurar. O mənada ABŞ və Rusiya həll yolları axtarmaqda eyni mövqedən çıxış edirlər. Əlbəttə, sual ondan ibarətdir ki, Rusiya bu prosesdən hansı nəticələri gözləyir. Prosesin sonrakı mərhələlərində ABŞ və Rusiya arasında da fikir ayrılıqları meydana çıxa bilər. Hələlik isə bu, ikinci dərəcəli məsələdir. Belə ki, vasitəçilər posesi irəliyə aparmağa can atırlar.

Sual: Kazan danışıqları heç bir nəticə vermədi. Hərçənd ki, tərəflər Madrid Prinsiplərini təməl prinsiplər kimi qəbul ediblər, belə görünür ki, razılığın əldə olunmasına mane olan mühüm məsələlər qalır. Bu ixtilaf nöqtələri nədir?

Cavab: Demək çətindir. Proses uzun müddət əsassız şəkildə ictimaiyyətdən gizli saxlanılıb. Hər iki tərəf pərdədən istifadə edərək bir-birini günahlandırırlar. Zənnimcə başlıxa ixtilaf nöqtəsi Dağlıq Qarabağın final statusdur. Bu regionun müqəddəratını kimlər necə müəyyən edəcək? Bu məsələ üzərində razılığa gəlinmədən paket formatlı müqavilə mümkün deyil. Lakin bu, yeganə problem deyil. Azərbaycan hökuməti öz mövqeyini tez-tez dəyişir. Bəzi hallarda Azərbaycan rəsmiləri ilkin razılaşmalardan geri çəkilərək yeni şərtlər irəli sürürlər, və belə görürünür ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hətta qeyri-spesifik şərtlərə də razı olmurlar. Hər iki tərəfdə problem var. Yaxşı olardı ki, proses şəffaflaşdırılsın və bu, dalandan daha tez çıxışa imkan yaradardı.

Sual: Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Katerin Aşton bu yaxınlarda verdiyi bəyanatda tərəfləri qüvvə tətbiqi barədə hədələrdən çəkinməyə səsləyib. Sizcə növbəti müharibə şansları nə dərəcədə realdır?

Cavab: Ümumiyyətlə müharibə ritorikası və Azərbaycanda gördüyümüz kimi müdafiə xərclərinin ifrat artırılması məhsuldar deyil. Təbii ki, Azərbaycanın istədiyi qyadada problemin həlli yollarını axtarmağa hüququ var, amma hesab etmirəm ki, bu, uğurlu ola bilər. Nəhəng xərclər və insan itkiləri ilə müşayiət olunan bu risk qəbuledilməzdir. Azərbaycan hökuməti özü də bu riski anlayır və ritorikadan Ermənistana təzyiq vasitəsi kimi istifadə edir ki, ermənilər dinc danışıqlara başqa alternativ görməsinlər. Mən bunu qeyri-məhsuldar hesab edirəm. Güman etmirəm ki, zor hədəsi Ermənistanı güzəştə getməyə vadar edəcək. Eyni zamanda ABŞ və Rusiya da güclü mesajlar göndərərək qüvvənin qəbuledilməz olduğunu tərəflərə aydın etməlidir. Münaqişənin zorakı yolla həlli mümkün deyil.

XS
SM
MD
LG