Accessibility links

2013-ci ildə Boston marafonunda terror hadisəsi törətməklə əlaqədar Cövhər Tsarnayevin ittham edilməsindən təxminən iki həftə sonra federal münsiflər məhkəməsi onun ölüm cəzası və ya ömürlük həbsə məhkum edilməsini müəyyən etmək üçün işə başına qayıdıb.

ABŞ prokurorları 21 yaşlı çeçen mühacirə ömürlük həbs cəzası deyil, ölüm hökmünün çıxarılmasını istəyir.

Prokuror Nadin Pelleqrini münsiflər məhkəməsinə hər il keçirilən marafonun finiş xəttinə yaxın baş vermiş partlayış zamanı çəkilmiş fotoların böyüdülmüş şəkillərini göstərib. Partlayışlardan sonra polisin keçirdiyi əməliyyat zamanı o vaxt 19 yaşlı Tsarnayevin 26 yaşlı qardaşı Tamerlanın öldürülməsini göstərən foto-şəkillər də münsiflər məhkəsi qarşısında nümayiş etdirilib.

Cövhər Tsarneyevin vəkilləri məhkəməsi qarşısında açılış çıxışlarını təxirə salıblar. Onların Bostonda hücumların arxasında radikallaşmış böyük qardaşın durduğunu və Cövhər Tsarnayevin böyük qardaşına sadiqliyini göstərərək hadisədə iştirak etdiyini sübut etməyə çalışacağı gözlənilir.

Hadisə qurbanlarından biri, səkkiz yaşlı Martin Riçardın valideyinləri ölüm cəzası əvəzinə Ədliyə Nazirliyindən Tsarnayevə appelyasiya hüququ olmadan ömürlük həbs cəzası verilməsini istəyib.

Partlayışda ayaqlarını itirmiş Cessika Kenski və Patrik Dovnes cütlüyü də prokurorlardan Cövhər Tsarnayevə ölüm cəzası verilməsinin qarşısının alınmasını istəyib.

Boston şəhərində keçirilmiş rəsy sorğusuna görə sakinlərin çoxu Tsarnayevə ölüm hökmünün çıxarılmasının əleyhinədir.

Tsarnayevə ölüm cəzası verilməsi üçün münsiflər məhkəməsinin bütün üzvləri buna səs verməlidir.

XS
SM
MD
LG