Accessibility links

Jurnalistlərin Müdafiə Komitəsi Obama administrasiyasını tənqid edir


Administrasiyanın aqressiv nəzarəti mətbuat azadlığı və demokratiyaya təhlükə adlandırılır

Jurnalistlərin Müdafiə Komitəsi Obama administrasiyasının məxfi məlumatların sızdırılmasına aqressiv şəkildə nəzarət etməsini mətbuat azadlığı və demokratiyaya təhlükə adlandırıb. Bu gün açıqladığı hesabatda təşkilat bildirib ki, ABŞ prezidenti Barak Obamanın əməlləri onun açıq hökumət və şəffaqlıq vədləri ilə ziddiyyət təşkil edir.

Washington Post qəzetinin sabiq redaktoru, hesabatın müəllifi Leonard Douni deyib ki, Obama administrasiyasının rəsmiləri və işçiləri məlumat sızdırılmasına nəzarətə görə mətbuatla danışmaqdan ehtiyat edir.

O, 6 hökumət işçisi və 2 kontraktorun məxfi məlumatları mətbuata ötürdükləri üçün hədəf alındığını bildirib.

Hesabata münasibət bildirmələri üçün müsahibələr keçirilən Ağ Ev rəsmiləri azad mətbuata qarşı olduqlarını inkar edib.

Douni hökumətin 100-dən artıq jurnalistin telefon söhbətlərini dinlədiyi aşkar edildikdən sonra Associated Press-in baş redaktoru da daxil edilməklə, bir sıra jurnalist, müxbir və redaktorlarla müsahibələr keçirib.

Jurnalistlərin Müdafiəsi Komitəsi bildirib ki, baş verənlər Milli təhlükəsizlik də daxil edilməklə, böyük ictimai marağa malik olan məsələr barədə məlumat axınına mane olub.

Komitənin ABŞ barədə hesabatı nadir hallardandır. Amerika yalnız bircə dəfə 19 il öncə Jurnalistlərin Müdafiə Komitəsinin tənqid hədəfi olub.
XS
SM
MD
LG