Accessibility links

Krım tatarlarına təzyiqlər artıb [Video]


Birləşmiş Ştatların Freedom House və Atlantika Şurasının yeni hesabatında deyilir ki, keçən ilin mart ayında Rusiyanın Krımı ilhaqından sonra yarımadada insan hüquqlarının pozulması halları vüsət alıb. Hesabatda Krımın yeni hökumətinin ifadə azadlığıni müdafiə edən azlıqlara qarşı ayrı-seçkilik qoyduğu və Rusiya vətəndaşlığını qəbul etməyən sakinlərin bölgəni tərk etmək məcburiyyətinin artdığı deyilir.

Rusiya prezidenti Vladimir Putinin Krımın ilhaqını tez bir zamanda rəsmi şəkildə imzalaması dünya ictimaiyyətinin qınağına səbəb oldu.

Milli Müdafiə İnstitutundan professor Pyotr Yeltsov ilhaqın tez bir zamanda həyata keçməsinin Krım sakinlərinin çox hissəsinin bu qərarla razılaşdığı ilə izah edir. “Belə bir qərara dəstək Rusiya mediasının Krımda apardığı təbliğat oldu. Orada Ukraynada baş verən inqilabın Krımın rusdilli əhalisinə hədə olduğu deyilirdi.”

Freedom House-un hesabatında deyilir ki, Rusiya mediasının “Ukraynada faşizm” adlı anti-Ukrayna kampaniyası Krımın təcavüzündən əvvəl başlamışdı. Bundan əlavə, keçən ilin fevral ayında Rusiya “özünümüdafiə dəstələri” olduğunu deyərək, bölgəyə kazaklardan ibarət güclü silahlanmış əsgəri qüvvə yerləşdirməyə başladı. “İlhaqdan sonra Rusiya yerli liderləri Rusiya Federasiyasından olan şəxslərlə əvəz etdi” deyə, hesabatda bildirilir.

Dünya ictimaiyyətinin başı Ukraynanın şərqində baş verənlərə qarışandan sonra isə yeni rəsmilər əsasən də Krım tatarları olmaqla, yarımadadakı azlıqlara qarşı repressiyalara başladı.

“Tatarlar Krımın ilhaqını dəstəkləmir, çünki onların güclü Rusiya imperiyasına qarşı mənfi münasibəti olub. Və onlar 300 min nəfərdirlər ki, bu da Krım əhalisinin böyük hissəsini təşkil edir.” deyə, Yeltsov bildirir.

Freedom House deyir ki, tatarlar artıq 1944-cü ildə Krımdan qovulmalarının ildönümünü qeyd edə bilmir. Onların liderlərinin ictimai fəalyyətinə və medialarının işinə qadağa qoyulub.

XS
SM
MD
LG