Accessibility links

Moskva Ukraynadan ayrılaraq Rusiyaya birləşmək planını sürətləndirmək istəyən Krım regionuna əlavə qoşun yerləşdirir. Krım Seçki Komissiyasının sədri Mixaylo Malışev bu gün bildirib ki, Rusiyaya birləşmə ilə bağlı bazar günü keçiriləcək referenduma hazırlıqlar başa çatır.

Bu arada Rusiya ordusu Ukraynanın sərhəd keçid məntəqəsini ələ keçirərək, içəridəki 30 personalın çıxış imkanının qarşısını alıb. Ukraynanın ordu nümayəndəsi hazırda Rusiya ordusunun ölkənin 11 sərhəd keçid bölgəsinə nəzarət etdiyini bildirib.

Krımda nümayişlərin keçirildiyi bir vaxt, Sevastopol şəhərində Rusiya tərəfdarı fəallarla kazaklar Ukrayna tərəfdarı qrupa hücum edib.



.
XS
SM
MD
LG