Accessibility links

İctimai Palata avtoritarizmdən demokratiyaya yumşaq keçidi müzakirə edib


İctimai Palata avtoritarizmdən demokratiyaya yumşaq keçidi müzakirə edib

İctimai Palata avtoritarizmdən demokratiyaya yumşaq keçidi müzakirə edib

Sənədə görə, demokratik həyat tərzinin bərqərar olması üçün birinci mərhələdə demokratiyaya keçidin siyasi, ikinci mərhələdə təşkilati-hüquqi əsasları yaradılır, üçüncü mərhələdə isə legitim hakimiyyət formalaşdırılır

Bu gün Müsavat partiyasının qərargahında İctimai Palatanın hazırladığı “Avtoritarizmdən demokratiyaya yumşaq keçid - yol xəritəsi” sənədi üzrə ictimai dinləmələr keçirilib.
Sənədin müəlliflərindən olan Zəfər Quliyev bildirib ki, sənədin hazırlanmasına səbəb iqtidarın müxalifət qüvvələrini əməkdaşlıqdan qaçmaqda, dialoq aparmamaqda ittiham etməsi olub. “Ölkədə demokratik həyat tərzinin bərqərar olması üçün birinci mərhələdə demokratiyaya keçidin siyasi, ikinci mərhələdə təşkilati-hüquqi əsasları yaradılır, üçüncü mərhələdə isə legitim hakimiyyət formalaşdırılır”.
İctimai Palatanın Koordinasiya Şurasının keçmiş üzvü Pənah Hüseyn sənədin əvvəlki variantları ilə müqayisədə çox yumşaq olduğunu deyib. “İctimai Palata hakimiyyətlə dialoqdan çox cəmiyyətlə dialoqa hazır olmalıdır”, - deyə o qeyd edib.
Politoloq Ərəstun Oruclu ölkədə mövcud olan qanunsuz maliyyə vəsaitlərinin taleyinə aydınlıq gətirilməsini istəyib. O bildirib ki, belə maliyyə vəsaitləri leqallaşdırılmalı və dövriyyəyə daxil edilməlidir. “Əhalinin daşınmaz əmlak hüquqlarının müdafiəsinə dair müddəalar da sənəddə əksini tapmalıdır”.

XS
SM
MD
LG