Accessibility links

İctimai Palata etiraz aksiyası keçirib (VİDEOLAR/FOTOLAR)


Polis etirazçılarla əvvəlkilərə nisbətən daha sərt davranıb. Etirazçılar da aktiv olub.

Polis İctimai Palatanın Bakı şəhər İcra Hakimiyyəti qarşısında toplaşmaq azadlığı tələbi ilə keçirmək istədiyi piketin qarşısını alıb. Çoxsaylı etirazçı saxlanıb.

Polis qüvvələri İctimai Palatanın fəallarının meriyaya doğru yürüşünün qarşısını Sabir bağının qarşısında almağa çalışıb. Lakin, etirazçılar kiçik qruplar şəklində müxtəlif istiqamətlərdə Nizami bağı, Neftçilər prospekti, Fəvvarələr meydanı, Nizami küçəsi istiqamətlərinə yayılaraq “Azadlıq!”, “İstefa!”, “Siyasi məhbuslara azadlıq!”, “Rədd olsun korrupsiyaya uğramış rejim!” və başqa şüarlar səsləndirib.

Polis etirazçılarla əvvəlkilərə nisbətən daha sərt davranıb. Bununla yanaşı, etirazçılar da aktiv olub. Onlar özlərinə qarşı güc tətbiqinə ağır ifadələrlə cavab qaytarıb, hətta polislə dartışanlar da olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 nəfər saxlanıb. Onlardan 10 nəfəri şifahi, 8 nəfəri isə yazılı xəbərdarlıq edilərək azad buraxılıb.

Öz növbəsində, İctimai Palata polisin sərt davranışını ciddi qanun pozuntusu adlandırıb. “Çoxsaylı aksiya iştirakçısı zorla avtobuslara oturdularaq Qobustan qəsəbəsində (Bakıdan 56 kilometr cənub-qərbdə-TF) çöllük ərazidə buraxılıb”, - deyə Müsavat başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna bildirib.

İctimai Palata etiraz alksiyalarını davam etdirəcəyini bəyan edib.

XS
SM
MD
LG