Accessibility links

İctimai Palata hakimiyyəti köklü islahatlar aparmağa çağırıb


İctimai Palata hakimiyyəti köklü islahatlar aparmağa çağırıb

İctimai Palata hakimiyyəti köklü islahatlar aparmağa çağırıb

Sessiyada İctimai Palataya yeni üzvlərin qəbulu, aprelin 2-də keçirilməsi nəzərdə tutulan mitinqə hazırlıq və mitinqin qətnaməsinin hazırlanması ilə bağlı məsələ müzakirə edilib. İctimai Palataya 28 yeni üzv qəbul edilib.

Çoxsaylı müxalif siyasi partiyanı, keçmiş deputatlığa namizədləri, ictimai xadimləri və ziyalıları birləşdirən İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib.

Sessiyada İctimai Palataya yeni üzvlərin qəbulu, aprelin 2-də keçirilməsi nəzərdə tutulan mitinqə hazırlıq və mitinqin qətnaməsinin hazırlanması ilə bağlı məsələ müzakirə edilib.

İctimai Palataya 28 yeni üzv qəbul edilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər İP-nın fəaliyyətini cəmiyyətdə demokratik dəyişikliklərə inamın bərpası kimi dəyərləndirib. “Hakimiyyət ya köklü islahatlara getməlidir, ya da inqilabla üz-üzə qalacaq” - deyə o qeyd edib.

Müsavat başqanı rəsmi Bakını aprelin 2-də nəzərdə tutulan mitinqə razılıq verməyə çağırıb. “Razılıq verilmədiyi təqdirdə aksiya Fəvvarələr bağında keçiriləcək”.

Natiqlərin əksəriyyəti aprelin 2-də keçiriləcək mitinqə ciddi hazırlıq işləri aparıldığını bildirib.

Mitinqin qətnamə layihəsi də müzakirə edilib. Sənəddə deyilir ki, iqtidar dünyada baş verən proseslərdən nəticə çıxarmalı və ərəb ölkələrinin iqtidarlarının etdikləri səhvləri təkrarlamamalıdır. Qətnamədə həmçinin köklü islahatlara başlamaq, islahatların qarantı kimi yeni parlament seçkiləri keçirmək, yeni Konstitusiya qəbul etmək, korrupsiyaya qarşı mübarizədə mövcud hökuməti buraxmaq, nazirlərin korrupsiya fəaliyyətlərini araşdırmaq, bu araşdırma başa çatana qədər həmin şəxsləri hakimiyyətdən kənarlaşdırmaq kimi tələblər irəli sürülür.

Sənəddə aksiya iştirakçılarından onlara qarşı zor tətbiq edilərsə “zora zor” prinsipindən çıxış etməmək tövsiyə edilir.

Sessiya zamanı İctimai Palataya qarşı sərt ittihamlar da səslənib və onun buraxılması təklifi irəli sürülüb.

XS
SM
MD
LG