Accessibility links

İctimai Palata korrupsiya problemi ilə bağlı ictimai dinləmə keçirib


İctimai Palata korrupsiya problemi ilə bağlı ictimai dinləmə keçirib

İctimai Palata korrupsiya problemi ilə bağlı ictimai dinləmə keçirib

İctimai Palatanın Korrupsiyaya qarşı mübarizə komissiyası “Azərbaycanda korrupsiyanın mövcud durumu: risklər və təhlükələr” mövzusunda dinləmələr keçirib. Dinləmələrdə palata üzvləri, müstəqil ekspertlər, diplomatik korpus nümayəndələri iştirak edib.

İctimai Palatanın Korrupsiyaya qarşı mübarizə komissiyası “Azərbaycanda korrupsiyanın mövcud durumu: risklər və təhlükələr” mövzusunda dinləmələr keçirib. Dinləmələrdə palata üzvləri, müstəqil ekspertlər, diplomatik korpus nümayəndələri iştirak edib.

Komissiyanın koordinatoru Mirvari Qəhrəmanlı bildirib ki, müzakirələrin məqsədi korrupsiyanın yaratdığı risk və təhlükələrə nəzər salmaq, bu təzahürə qarşı mübarizədə vətəndaş cəmiyyətinin səylərini birləşdirməkdən ibarətdir. “Korrupsiya ölkənin ən ciddi problemi olub və bu gün də qalmaqdadır”.

O xatırladıb ki, 2004-cü ildə Azərbaycanda Avropa Şurasının təzyiqi ilə korrupsiyaya qarşı mübarizə haqqında qanun, 2004-2007-ci illər üçün dövlət proqramı qəbul olunub. Daha sonra 2007-2011-ci illər üçün korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət planı və milli strategiya qəbul olunub. “Amma bütün bu tədbirlər formal xarakter daşıyır. Hələ, 2005-ci ildə prezident Nazirlər Kabinetinə məmurların gəlirləri barədə məlumat verməsi qaydasını tətbiq etmək tapşırığı verib. 6 il keçməsinə baxmayaraq, bu qaydalar yoxdur”, - deyə xanım Qəhrəmanlı bildirib.
Korrupsiya məqsədi ilə təhsil sisteminin maliyyələşdirilməsindən də istifadə olunur. Belə ki, bu ilin büdcəsində Azərbaycan Tibb Universitetinə ayrılan xərclər 0,45% artırılıb, Moskva Dövlət Universitetinin filialı və Diplomatik Akademiya üçün isə istədiklərindən təxminən 2 dəfədən artıq vəsait ayrılıb. Belə ki, bu ali məktəblərin tələb etdiyi 2 mln. manat əvəzinə onlara 4,3 və 4,4 mln. manat ayrılıb”, - deyə ekspert qeyd edib.
Daha bir korrupsiya mənbəyi kimi cənab Talıblı ötən il daşqından ziyan dəymiş ərazilərin bərpası üçün ayrılmış 320 mln. manatı qeyd edib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, “korrupsiya dövlət üçün təhlükəli miqyasa çatıb”. Korrupsiyanın yüksək səviyyəsi ölkə resurslarından nəzarətsiz şəkildə istifadə etməyə çalışan rejimin mahiyyətindən qaynaqlanır. Dövlət vəsaitlərinin mənimsənilməsi ilə yanaşı, rüşvətxorluq da korrupsiya mənbəyi olaraq qalır. “Rüşvətsiz, iri biznesdən bazarda süpürgəçi vəzifəsinə düzəlməyə qədər, heç nə etmək olmaz. Rüşvətin ayrı-ayrı məmurların cibinə axdığı sovet sistemindən fərqli olaraq, hazırda vəsait axını piramidanın başına gedir ki, burada da hakim ailə oturur ”, - deyə o qeyd edib.
Korrupsiya gəlirlərin vergi və gömrük rüsumu ödənişindən gizlədilməsində də özünü göstərir. Cənab Qəmbərin sözlərinə görə, kölgə iqtisadiyyatının həcmi ölkənin qanuni iqtisadiyyatının 60%-nə çatır.
Müsavat lideri korrupsiya milli mentalitetin əsasında durduğu üçün ona qalib gəlməyin mümkünsüz olduğu fikri ilə razı deyil. O qonşu Gürcüstanın uğurlu mübarizəsini nümunə çəkib, burada məişət səviyyəsində korrupsiyanın kökü kəsilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli qeyd edib ki, korrupsiya siyasi rejimin mahiyyəti ilə bağlıdır və ona yalnız hakimiyyəti dəyişmək yolu ilə qalib gəlmək olar. “İlin əvvəllərində guya korrupsiyaya qarşı mübarizə başlamışdı. Məmurlara zərflərdə qeyri-rəsmi məbləğlər ödənilməsinə son qoyuldu. Bu, dövlət aparatında narazılığa səbəb oldu. Amma, təxminən 15 gün əvvəl “əvvəlki kimi işləmək” göstərişi gəlib”, - deyə cənab Məmmədli bildirib.

XS
SM
MD
LG