Accessibility links

Kubalılar vətənə dönür [Video]


Kubalılar vətənə dönür
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Birləşmiş Ştatlarla Kuba arasında diplomatik münasibətlər düzəldikdən sonra bir çox kubalı kommunist dövlətini tərk etmək istəyir. Lakin Amerikada yaşayan kubalı Karlos Qonzales əksinə, Merelenddəki evini satıb Kubaya köçüb.

Bu səfər digərləri kimi deyil. Təqaüdə çıxan bu şəxs əşyalarını toplayaraq, vətəni Kubaya qayıdır. Karlos Qonzales Kubada boya-başa çatıb. Vaxtilə qohumlarının bir hissəsi üsyançı Fidel Katronu, digər hissəsi isə diktator Folgensio Batistanı dəstəkləmişdi. Günlərin birində 13 yaşlı Karlos ailəsi ilə birlikdə communist adanı tərk edərək, Amerikaya gəlir. Və yarım əsrdən sonra, Vaşinqtonda və Havanada səfiliklər açıldıqdan sonra Qonzales vətənə dönməyə hazırdır. “Bu elə bir hissdir ki, elə bil sənə “sənin əcdadların burada doğulub, sənin tarixin buradadır” deyirlər. Bu sənin kimliyin deməkdir.”

Karlos Qonzales maşını Mayamiyə qədər özü sürəcək və oradan Havanaya təyyarə ilə uçacaq. Orada o, yeni həyata alışmalı, bir az keçmişlə yaşamalıdır. “Bəli geriyə qayıtmaq deməkdir, orada müasir avtomobillər yoxdur. 50-ci illərinkidir. Elə Havana budur. İnsanlar 50-ci illərə dönmək istəyir. Sizin mola və ya Las-Veqasa getmək istədiyiniz kimi”

Karlos Kubaya çatanda keçmişlə müasirliyin qarışdığını gördü. O, dayısının haqqında danışdığı qonşunun yaşadığı yerə getdi. “O mənə, “o evi görürsən, oraya getmə, çünki orada kirli qoca yaşayır” dedi. O zaman mən 9-10 yaşlarında idim. Mən də dedim ki, mən o kirli qocanı görmək istəyirəm.”

Həmin qoca Ernest Hemenquey imiş. O vaxtdan sonra Karlos iki il yazıçının yanına gedib, onunla limonad içib, onun şəxsi kitabxanasında olub.

Qonzales Kuba vətəndaşlığının yenidən bərpa edilməsi üçün orada bir ay gözləməli olacaq. Ondan sonra isə video-operator Kubada yaşayan 100 yaşını ötmüş min nəfərdən çox insanın həyatı haqda tarixi film hazırlamağı planlaşdırır. “Mən özüm-özümə dedim, ilahi, bu insanlar Kubanın tarixini bilir. Onlar İspan-Amerika müharibəsi zamanı doğulmuş, bunu yaşamışlar.”

Geri, keçmişinə qayıdan Qonzales Kubanın onun gələcəyi üçün nə edə biləcəyini də düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG