Accessibility links


Kubanın təqaüddə olan lideri Fidel Kastro Havanada gözlənilmədən Milli Assambleyanın iclasına qatılıb. Assambleya üzvləri qardaşı prezident Raul Kastro ilə zala daxil olan Fidel Kastronu sürəkli alqışlarla qarşılayıb.

81 yaşlı Raul Kastronun növbəti beş ilə yenidən ölkə başçısı olacağı gözlənilir. Cümə günü bir müddətdən sonra təqaüdə çıxmaq planlarına toxunduqdan sonra Raul Kastronun hakimiyyətdən mümkün gedişi ilə bağlı fikirlər söylənilir.

2008-ci ildə xəstə qardaşı Fildeli əvəz edən Raul Kastro Kommunist Partiyası və hökumət liderləri üçün iki beş illik müddətin qoyulmasına çağırıb. Bu, onun hakimiyyətdə ikinci müddəti olacaq.

Hakimiyyətinin ilk beş ili cənab Kastro kubalıların səfərləri və şəxsi mülkiyyət hüquqları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş islahatların həyata keçirilməsinə başlamışdı.
XS
SM
MD
LG