Accessibility links

Venesuela prezidenti Uqo Çavez Kubada xərçəng xəstəliyindən iki ay müalicə olunduqdan sonra vətənə dönüb. Cənab Çavezin Karakasa bu gün səhər tezdən gəlməsi xəbəri Twitter vasitəsi ilə verilib. Venesuela prezidenti müəalicəsini vətəndə davam etdirəcəyini deyib.

2011-ci ildə xərçəng xəstəliyi diaqnozu qoyulan Venesuela prezidenti keçən ilin dekabr ayında Havanada 6 saatlıq cərrahiyyə əməliyyatı keçirmişdi. Cənab Çavezin xərçəngin çanaq hissəsində olduğu deyilsə də, xəstəliyin növü və yayılma sürəti barədə məlumat verilmir.

Venesuelanın vitse-prezidenti Nikolas Maduro yanvar ayında cənab Çavezin vəziyyətinin sabit olduğunu bildirmişdi.
XS
SM
MD
LG