Accessibility links

Kubanın keçmiş lideri İran prezidentini tənqid edib

  • Amerikanın səsi

Cənab Kastro bu açıqlamaları Birləşmiş Ştatlar, onun müttəfiqi İsrail və İran arasında gərginliyin nüvə qarşıdurmasına gətirib çıxara biləcəyi haqda dediklərilə bağlı sualı cavablandırarkən verib

Kubanın keçmiş lideri Fidel Kastro ABŞ-ın Atlantic jurnalına müsahibədə İran prezidenti Mahmud Əhmədinejadı yəhudilərə böhtan atmağa son qoymağa çağırıb. Bu gün jurnalın internetdə yerləşdirilmiş məqaləsində deyilir ki, cənab Kastro prezident Əhmədinejadı Holokostun baş verdiyini rədd etdiyinə görə tənqid edib. O deyib ki, İran prezidentinin antisemitizmin unikal tarixi və nəzəriyyəsini başa düşməsi sülhün maraqlarına xidmət edərdi. Kubanın keçmiş lideri bildirib ki, cənab Əhmədinajead israillilərin mövcudluqlarına görə nə üçün narahat olduğunu başa düşməyə çalışmalıdır. Cənab Kastronun sözlərinə görə, tarixdə yəhudilərdən çox böhtan atılıb günahkar sayılan bir qrup olmayıb. Cənab Kastro bu açıqlamaları Birləşmiş Ştatlar, onun müttəfiqi İsrail və İran arasında gərginliyin nüvə qarşıdurmasına gətirib çıxara biləcəyi haqda dediklərilə bağlı sualı cavablandırarkən verib.

XS
SM
MD
LG