Accessibility links

Prezident Obamanın Kubaya səfərinə reaksiyalar [Video]


Prezident Obamanın Kubaya səfərinə reaksiyalar
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Prezident Obamanın gələn ay Kubaya səfər edəcəyi barədə xəbər həm Havanada, həm də Vaşinqtonda güclü reaksiyalara səbəb olub. “Roma Papası gələndə nə oldu ki, Obama da gələndə nə olsun? Hər şey olduğu kimi qaldı” deyə, Havana sakini bildirir.

Kubalılar Roma Papasının keçən il ölkəyə tarixi səfərinə şahidlik edib. Onlar prezident Obamanın kubalıların əsl yaşayış şəraitini görməsini istəyir. Havanalı qadın isə “O, ən yoxsul məhəllələri görməlidir. ABŞ prezidenti buraya yoxsulların Kubada necə yaşadığını görmək üçün gəlməlidir” deyir.

Kubalılar deyir ki, Amerika ilə diplomatik münasibətin düzəlandən bəri ölkədə cüzi dəyişikliklər olub. Vaşinqtonda isə prezident Obamanın Kubaya səfəri iqtisadi fürsət kimi qiymətləndirilir. Corc Vaşinqton universitetindən Piter Kornlbu: “Mən onun kubalı mühəndislər, sənət adamları, bazar iqtisadiyyatını genişləndirmək üçün özəl sektorlarda yeni iş adamları ilə görüşəcəyinə ümid edirəm.”

Kornlbu prezidentin səfərinin tarixi hadisə olacağını və real nəticələr verə biləcəyini deyir. “Kuba ilə social, mədəni, iqtisadi sahələrdə nə qədər çox körpülər salınarsa, Birləşmiş Ştatlar bir o qədər kubalıların həyatında dəyişikliklər etmiş olacaq.”

Kuba xalqının hələ də kifayət qədər söz azadlığı və toplaşma azadlığı yoxdur. Ölkədə İnternetə məhdudiyyətlər qoyulub, keçən il Amerika ilə buzların əriməsindən sonra belə həbslərin sayı artıb.

Prezident Obamanın səfəri ölkədə insan haqları islahatları sahəsində də müsbət dəyişikliklərə səbəb ola bilər. Amnesty İnternational təşkilatından Marsela Qoncalves: “Dəyişikliklər insanlara fikirlərini azad ifadə etməyə, müxtəlif fikirliliyə imkan verəcək”.

Kubada isə insanlar iki dövlət arasında münasibətlərin şəxsi səviyyədə həll ediləcəyinə ümid edir.

XS
SM
MD
LG