Accessibility links

Mayaminin "Kiçik Havana" məhəlləsi [Video]


Mayaminin “Kiçik Havana” məhəlləsində əsl İspan mədəniyyəti əhval-ruhiyyəso var - yaşlılar siyasətdən danışaraq domino oynayır, siqar bükür, prezidentliyə namizədlər isə “Kuba qəhvəsi” kafesində mühacirətdə yaşayan kubalılarla söhbət edir. Son zamanlar Birləşmiş Ştatlarla Kuba yaxınlaşması Cənubi Florida ilə Kuba arasındakı əlaqələrin daha da möhkəmlənməsi anlamına gəlir.

Palma ağacları, siqar və kofeyə sevgi, salsa, domino. Bura Latın Amerikasıdır? Xeyr, biz Floridanın Mayamı şəhərindəki “Kiçik Havana” məhəlləsindəyik.

Kalli Oço, yaxud da 8-ci küçə vətənlərindən uzaq düşən kubalıların çoxunun artıq evi sayılır. “1959-cü ildə Kubadan gələn çox sayda qaçqın ucuz, iş yerlərinə, ictimai nəqliyyata yaxın evlər axtarırdı. Beləliklə onlar yavaş-yavaş 8-ci küçədə toplaşmağa başladı. Sonradan bu küçə “Kişik Havana”nın mərkəzi küçəsi oldu” deyə. Kuba Araşdırmaları İnstitutundan Horhe Duani bildirir.

Kubalılar icmasının toplaşdığı simvolik yerlərdən biri “Versal” restoranıdır ki, onlar bu restoranın dünyanın ən məşhur Kuba restoranı olduğunu deyirlər. Restoranın sahibi Filipe Valls Mayamiyə valideynləri ilə birlikdə uşaq vaxtı gəlib və atası ilə bilikdə 1971-ci ildən, restoran açılandan bəri işləyir. “Kubanın Mayamidəki ən yaxşı qəhvəsi burada, Versaldadır.”

Qəhvə kafelərinə “Kiçik Havana”da unikal münasibət var. Kubalı-amerikalılar bu kafelərdə bir araya gələrək, idmandan tutmuş beynəlxalq siyasətə qədər, hər mövzuda müzakirələr edirlər. Bu kafelərə kubalı-amerikalıların icması haqda daha çox məlumat toplamaq üçün siyasətçilər və müxbirlər də gəlir.

“Kiçik Havana”dakı Kuba yeməkləri isə əsasən İspan və Afrika mətbəxindən ibarətdir. Bu mətbəxə şərqin də təsiri var.

Kalle Oçoda gəzərkən siz 8-ci küçə ilə 15-ci küçənin kəsişməsində məşhur “Domino Park”ını da görə bilərsiniz. Yaşlı kubalılar hər gün buraya toplaşaraq, domino oynayır və Kuba qəhvəsi içə-içə siyasətdən danışır.

Siqar da Kuba mədəniyyətinin daha bir ikonasıdır. “Quantanamera” Kalle Oçodakı siqar mağazalarından biridir. Mağazaya gələn müştəriyə təzə dəmlənmiş Kuba kofesi verilir. Mağazanın sahibi Erik Otero bunun Kuba adətlərindən biri olduğunu deyir. “Müştəriyə çatana qədər hər siqara 4 min əl dəyir. Hazırlanması qəliz prosesdir. Yəni, bu, yüksək səviyyəli həyat tərzi deməkdir. Siqarı rahat oturub, kofe içə-içə çəkmək lazımdır.”

Birləşmiş Ştatlarla Kuba arasında münasibətlər yaxşılaşdıqca, “Kiçik Havana” ilə Kuba arasında da əlaqələr möhkəmlənəcək.

XS
SM
MD
LG