Accessibility links

Amerika Birləşmiş Ştatları və Kuba arasında Meksika körfəzinin şərq hissəsində dəniz sərhədləri ilə bağlı müqavilə imzalanıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, iki ölkə arasında razılıq əvvəlki müqavilə əsasında deyil, yalnız su sərhədlərini nəzərdə tutur.

Müqavilə yalnız Senat tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Kuba Meksika körfəzinin eyni bölgəsində bunabənzər iddialarla Meksika ilə də bənzər müqavilə imzalayıb.

Bu üç ölkə hələ keçən ilin ortalarında sərhədlər barədə müzakirələr aparmışdı.

Birləşmiş Ştatlarla Kuba arasında razılıq respublikaçı Donald Trampın prezidentlik vəzifəsinə başlaması ərəfəsinə təsadüf edir.

Tramp diplomatik əlaqələrin bərpası və səyahətlərin asanlaşdırılması kimi məsələlər də daxil edilməklə, prezident Barak Obamanın ölkələr arasında bağladığı müqavilələri ləğv edəcəyini deyib.

XS
SM
MD
LG