Accessibility links

İranda cüdo üzrə Olimpiya çempionu restoranda qab yuyur


Ramin Səfəviyyə

Ramin Səfəviyyə

2014-cü ildə yeniyetmələr arasında Çinin Nanjing şəhərində keçirilən Olimpiya oyunlarında İran komandasına qızıl medal qazandıran Ramin Səfəviyyə hazırda restoranda qab yumaqla məşğuldur.

Ramin Səfəviyyə İSNA xəbər agentliyinə müsahibəsində bildirib ki, Cüdo Federasiyası Nanjing Olimpiya Oyunlarından sonra ona heç bir maddi dəstək verməyib. “Onlar məni taleyimlə baş-başa buraxdılar. Hazırda dolanışıq üçün atamın işlədiyi restoranda qab yuyuram”-deyə o bildirib.

Ramin Səfəviyyə

Ramin Səfəviyyə

O həmçinin İran Cüdo Federasiyasnın ona yardım etmədiyini deyib. “İranın Jüdo Federasiyası deyib ki, biz sənə maaş verə bilmərik, əgər istəsən, komanda məşqlərində iştirak edə bilırsən. Lakin atam bundan artıq mənə maddi dəstək verə bilmədiyi üçün işləmək məcburiyyətindəyəm. İndi restoranda qab yumaqla məşğulam” deyə Ramin Səfəviyyə bildirib

Olimpiya çempionu maddi problemlər üzündən cüdo idmanını buraxıb ayda 800 min tümən (230 dollar) maaşa restoranda çalışır.

Olimpiya Oyunlarında cüdo üzrə İranın yeganə qızıl medal gətirmiş Ramin Səfəviyyə Qəzvin şəhərindəndir.

Qəzvin vilayətinin böyük əksəriyyətini Azərbaycan Türkləri təşkil edir.

XS
SM
MD
LG