Accessibility links

WikiLeaks-in təsisçisi Culian Assanj deyib ki, əgər sabah BMT paneli onunn əleyhinə qərar versə, o, həbsi qəbul edəcək.

Assanj İsveçə ekstradisiya olunmamaq üçün 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyində yaşayır. O, İsveçdə cinsi təcavüzdə ittiham olunur.

Xatırladaq ki, ABŞ tarixində ən böyük məxfi sənədlərin sızdırılması Assanjı adı ilə bağlıdır. O, WikiLeaks səhifəsində çoxsaylı diplomatik kabellərin və ABŞ-ın məxfi sənədlər hesab etdiyi başqa həssas sənədlərin aşkara çıxarılması ilə tanınır.

İsveçdə nalayiq seksual hərəkətdə ittiham olunan Assanj istintaqa cəlb edilmək üçün axtarışdadır. Aktivist deyib ki, WikiLeaks işinə görə İsveçin onu ABŞ-a ekstradisiya edə bilər.

Assanj ABŞ-ı 2010-cu ildə minlərlə gizlə sənədi açıqlayaraq qəzəbləndirmişdi.

WikiLeaks rəhbəri Vaşinqtonu jurnalistlərə hədə-qorxu gələrək "təhlükəli və basqılı dünya" yaratmaqda ittiham edib.

XS
SM
MD
LG