Accessibility links

Culian Assanj İsveçə ekstradisiya olunacaq

  • Amerikanın səsi

Джулиан Ассанж

Джулиан Ассанж

Britaniyanın Ali Məhkəməsi ziddiyyətli WikiLeaks veb səhifəsinin avstraliyalı təsisçisi Culian Assanj seksual cinayətdə ittiham edildiyinə görə Britaniyadan İsveçə ekstradisiya edilməsinə dair qərar çıxarıb. Bu gün məhkəmə tərəfindən çıxarılmış qərar bundan əvvəlki məhkəmə qərarlarını qüvvədə saxlayır. İsveçdə həbsinə order verilən 40 yaşlı Assanj 2010-cu ildə bir qadını zorlamaqda, başqa birini isə seksual təcavüzə məruz qoymaqda ittiham edilir. Assanjın vəkili orderi tətbiq edən ittihamçının qanuni səlahiyyətə malik olmadığından orderin etibarsız olduğunu deyib. Sadalanan ittihamları inkar edən Assanj sonuncu instansiya olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər.

XS
SM
MD
LG