Accessibility links

Atəş nəticəsində mülki əhalinin öldürülməsi, yaralanması ilə bağlı cinayət işi başlanıb


Baş Prokurorluq

Baş Prokurorluq

Son günlər cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin öldürülməsi, yaralanması və mülkiyyətə dəyən ziyanla bağlı cinayət işi qaldırlıb.

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinini birgə məlumatında deyilir ki, son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.

“Aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşayiət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb”.

Məlumatda atəş nəticəsində dünyasını dəyişən, yaralanan insanların adları sadlanır, ziyan dəymiş mülklər göstərilir.

Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.

XS
SM
MD
LG