Accessibility links

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

  • Amerikanın səsi

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Bu kompüter animasiyası Curiosity adlı təkərli eksplorator daşıyan fəza gəmisinin Marsa doqquz aylıq səyahətindən NASA-nın gözləntilərini nümayiş etdirir. Birləşmiş Ştatların Fəza Agentliyində alimlərdən ibarət heyət eniş nöqtəsini müəyyən ediblər. Bu aparat təxminən 150 kilometr dərinlikdə Gale Crater adlanan yamaca enməlidir. Paraşut açıldıqdan sonra rahat eniş üçün mühərrik işə düşəcək. Curiosity məftillər vasitəsi ilə endiriləcək və sonra aparat gətirən raket təkərli aparatın üzərindəki kimyəvi analız qurğusunun işinə maneə törətməmək üçün ərazidən kənarlaşdırılacaq. Avtomobil həcmli tədqiqat aparatı üzərində 17 kamera yerləşdirilib.

Əşvin Vasavada layihə aliminin köməkçisidir.

Əşvin Vasavada: “Bu Mars alimlərinin xəyal maşınıdır. Aparatın bu il Marsa göndərilməsinə biz çox sevinirik. Bu dünyada 200-dən çox alimin Marsa, Gale Crater- ə səyahət etməsi deməkdir. Bu aparat nəinki, başqa planetə göndərilən ən mükəmməl texnologiyaya malikdir, o, əslində indiyədək Yer Kürəsindən xaricə göndərilmiş ən mükəmməl tədqiqat cihazıdır.”

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Ona görə ki, Curiosity hərəkət etmək imkanına malik olan laboratoriyadır. Bu aparat əvvəlki aparatlardan daha böyükdür və Marsın səthində günə 200 metr məsafəni qət edə bilir. Bundan əvvəlki və kiçik ölçüdə olan günəş enerjisi ilə işləyən aparatdan fərqli olaraq üzərində yerləşdirilmiş plutoniumla yüklənmiş nüvə reaktoru Curiosity aparatını enerji ilə təmin etmək üçün küllü miqdarda enerji yaradacaq. Uzaqdan idarə oluna bilən aparatda hətta kimyovi təkibi olan Mars daşlarını müayinə etmək üçün lazer də var.

Əşvin Vasavada: “Bu aparatın üstünlüyü, ilk dəfə olaraq Marsın səthini müayinə etmək məqsədi ilə daş qırıntıları və torpaq götürmək üçün imkanları olmasındadır. Beləki aparatın 1.8 metr uzunluğunda robot əlləri var və aparatın belə böyük olmasının səbəblərindən biri onun içərisində iki mükəmməl elmi laboratoriyaların yerləşdirilməsidir.”

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Curiosity tədqiqat aparatı Mars planetində həyatın olub olmamasını araşdıracaq (video)

Vasavada deyir ki, alətlərdən biri daş və torpaq nümunələrinin tərkibində mineralları, o birisi isə kimyəvi elementləri və tərkibində ola bilən hər hansısa orqanik maddələri müəyyən edir. Təhqiqatın məqsədi Mars planetində nə zamansa həyatın olub olmamasını müəyyən etməkdir.

Alimlərin fikrincə Gale Crater yamacındakı dağda araşdırmalar Marsda təkamül haqda hədsiz dərəcədə məlumat verəcək. Ona görə ki, dağın üzərindəki qatlarda bir zamanlar ərazidə baş vermiş təbii hadisələr barədə məlumatlar toplanıb. Gale Crater yamacı həyat mühitinin mövcudluğu barədə elmi axtarışlar üçün çox ümidverici yerdir.

Əşvin Vasavada: “Orada su olması barədə bəzi geoloji dəlillər mövcuddur. Su həyat üçün şərait yaradan amillərdən biridir. Bu missiyada biz üzvi maddələr aşkar edəcəyimizə ümid edirik.”

Curiosity-nin nüvə reaktoru aparatın Marsın səthində iki Yer Kürəsi ili ərzində fəaliyyət gösətərəcəyinə imkan verməlidir. Yer Kürəsi vaxtı ilə iki il müddəti Mars vaxtı ilə bir ildir.

XS
SM
MD
LG