Accessibility links

NASA-nın "Curiosity" fəza laboratoriyası fəaliyyətə başlayır [Video]


"Curiosity"-nin Mars missiyası başlayır
please wait

No media source currently available

0:00 0:03:54 0:00

NASA-nın "Curiosity" fəza laboratoriyası Mars səthində ilk dəfə 3 metr məsafədə irəliyə doğru hərəkət edəcək

"Curiosity" fəza laboratoriyası ilk sınağlarını uğurla başa vurub. Lakin, sınaqlar zamanı alimlər iki hava sensorundan birinin xarab olduğunu müəyyən ediblər. Alimlər bu sensorun eniş zamanı zədələndiyini ehtimal edirlər. Bununla yanaşı "Curiosity" artıq yer kürəsinə ilk foto şəkillərlə yanaşı üç ölçülü və rəngarəng panoramalı şəkillər də göndərib.

Yer kürəsindən 9 ay öncə yola düşən “Curiosity” mobil labaratoriyası avqust ayının 6-da beynəlxalq qrinviç vaxtı ilə saat 5:30 da Marsa uğurla eniş edib. Avtomobil ölçüsündə olan robotlaşdırılmış qurğu Qırmızı Planetin ilk foto görüntülərini artıq göndərməyə başlayıb.

NASA-nın Kaliforniyada yerləşən Reaktiv Hərəkət Labaratoriyasının missiyaya nəzarət mərkəzində əhval-ruhiyyə narahatlıqdan canlanmaya doğru dəyişib.

Mars Elmi Labaratoriyasının əməkdaşları NASA-nın video animasiyasında göstərildiyi kimi kosmik tədqiqat aparatının ardıcıllıqla baş verən eniş hadisələrini – paraşütün açilması, geriyə işləyən raketin alovlanması, səma kranının fəaliyyətə başlaması və Mars səthinə toxunmanı sevinc içində qeyd edirdilər.

Bir neçə dəqiqə içində “Curiosity” Mars planetinin ilk ağ-qara foto şəkillərini təmin etdi.
Kosmik tədqiqat aparatının təkərlərinin foto görüntüləri təhlükəsiz enişin sübutudur.
NASA bazar ertəsi axşam baş tutan brifinqində “Curiosity”nin qırmızı planetində çəkdiyi çox sayda fotoları nümayiş etdirdi.Şəkildə küləkli Mars düzənliyi görstərilir.
Alimlər şəkildəki qara xəttin qum təpəcikləri olduğunu deyir. Şəkil həmçinin iti dağ konturunun görüntüləri də ola bilər, bu planetin təkamülü haqqında gözlənilən məlumatları verə biləcək “Gale” kraterinin zirvəsində yerləşir.

Mars Missiyasının Meneceri Maykl Vatkins rəngarəng panoramalı və üç-ölçülü şəkillərin gələcəyini deyib. Lakin o bildirib ki, ilk görüntülər onun üçün həmişə ən yaxşıları olub. Şəkildəki mənzərənin Marsdakı yeni yer olduğunu deyərək öz dünyamızda müxtəlif yerlərini görmək üçün məzuniyyətə getdiyimizi, lakin bu yerlərin öz planetimizdə olduğunu və şəkildəki mənzərənin isə heç vaxt görmədiyimiz Marsın bir hissəsini olduğunun əhəmiyyətini vurğulayır.

Lakin Marsda fotoqraf yalnız “Curiosity” deyil. Onun öz foto görüntülərini də çəkən var.
Mars Elmi Laboratoriyasının paraşütü Marsın atmosferinə alovlu eniş zamanı açılıb. NASA-nın Mars Kəşfiyyat Orbiteri 340 kilometr aralıdan bu hadisənin şəklini çəkib. Hadisənin ətrafli görüntüsü Reaktiv Hərəkət Laborotoriyasının brifinq otağında olanları həyəcanlandırıb. Enişdən sonra keçirilən mətbuat konfransında bu hadisə ilə bağlı hər bir məlumatın hamı tərəfindən həyəcanla qarşılandığı müşahidə olunub.

Hal hazırda NASA-nın mütəxəssisi olan keçmiş astronavt Con Qransfild deyir ki: “Cəmiyyət içində çoxları var ki, NASA-nın öz yolunu itirdiyini, araşdırmanı necə təşkil etməyi bilmədiyimizi və bizim cəsarətimizi itirdiyimizi deyirlər. Mənə elə gəlir ki, NASA-nın araşdırmanın necə təşkil olunmasını bildiyini desəm ədalətli olar. Biz tədqiqat aparmışıq, və indi biz Marsdayıq! ”

NASA-nın müdiri Çarlz Bolden gələcəyə ümidlə baxır. O deyir ki: “Bu gün, hal hazırda “Curiosity”nin təkərləri insanın ayaq izləri üçün Marsda ciğır açır.”

Atom enerjisi ilə fəaliyyət göstərən mobil laborotoriyanın Qırmızı Planeti tədqiq etməsi üçün iki illik missiyası var...

Çarlz Bolden nitqini davam etdirərək deyir ki: “"Curiosity" Marsda nə vaxtsa həyat əlaməti izlərinin olub-olmadığını və ya planetin gələcəkdə həyatı təmin etmək qabiliyyətində olub-olmayacağını öyrənmək üçün qədimdən qalmış suallara cavab tapmağa çalışacaq.”

NASA rəsmilərinin bildirib ki, ilkin sınaqlar uzun səyahətdən sonra kosmik apparatda yerləşdirilmiş 10 elmi araşdırma cihazlarının salamat qaldığını göstərib. Uzun müddətli elmi araşdırma missiyası başlamazdan əvvəl “Curiosity”nin yoxlanması prosedurunun yaxın günlərdə davam etdiriləcəyi və kosmik tədqiqat apparatının əlavə şəkillər göndərəcəyi gözlənilir.
XS
SM
MD
LG