Accessibility links

Cəvaharlal Neru stadionunda piyada körpüsü çöküb


Cəvaharlal Neru stadionunda piyada körpüsü çöküb

Cəvaharlal Neru stadionunda piyada körpüsü çöküb

Dehlinin Cəvaharlal Neri stadionunda piyada körpüsünün çökməsi nəticəsində 23 adam xəsarət alıb. 50 mert hündürlüyu olan köprünün uçması Hindistan paytaxtının gələn ay keçiriləcək İttifaq oyunlarına hazırlıqsızlığına dair qorxuları artırıb

Dehlinin Cəvaharlal Neru stadionunda piyada körpüsünün çökməsi nəticəsində 23 adam xəsarət alıb. 50 mert hündürlüyu olan köprünün uçması Hindistan paytaxtının gələn ay keçiriləcək İttifaq oyunlarına hazırlıqsızlığına dair qorxuları artırıb. Bir neçə ölkə 7000 idmançını qəbul edəcək idmançılar mərkəzinin yararsızlığından şikayət edir. İttifaq Oyunları Federasiyasının rəbəri Maykl Fennell Hindistan hökumətinin rəsmiləri ilə görüşərək, idman kompleksinin təcili şəkildə təmir edilməsinə çağırıb.Yeni Zelandiyanın idman komandasının rəsmiləri kompleksin təmizliyi, su sistemi, elektrik xətləri, internet və mobil telefonları xidmətlərində problemlər olduğunu bildirir. Kanada, Şotlandiya və İrlandiya idman kompleksində yaşamağın qeyri-mümkün olduğunu deyir. İttifaq Oyunları oktyabrın 3-dən 14-dək davam etməlidir.

XS
SM
MD
LG