Accessibility links

Afinada nümayiş keçirilib


Afinada nümayiş keçirilib
Afinada nümayiş keçirilib

Nümayişçilər bu gün Afinanın küçələrinə çıxaraq Yunanıstan hökumətinin iqtisadiyyata aid sərt planına etirazlarını bildirmişlər. Nümayişçilər Yunanıstan Maliyyə və Əmək Nazirlikləri də daxil edilməklə, bir neçə hökumət binasının girişlərini bağlamışlar. İqtisadi böhranın qarşısının alınması üçün götürülən ölçülərin bir hissəsi olaraq, nümayişçilər nə işlərini itirmək, nə də maaşlarının azalmasını istəmədiklərini bildirmişlər.

Bu arada, Avrozonaya daxil olan ölkələr və Beynəlxalq Valyuta Fondu Yunanıstana əlavə maliyyə ayrılması barədə müzakirələr aparır və Yunanıstan hökumətinin maliyyə xərclərini azaltmasını istəyir.

XS
SM
MD
LG