Accessibility links

NATO kiber-hücumlardan narahatdır [Video]


Kibernetika hücumları hökumət və korporasiyalar üçün yenilik deyil. Şübhəlilər və onların kompyuterləri müntəzəm şəkildə işləyir. Buna görə də admiral Stavridis kibernetika təhlükəsinin xələfi üçün problem olacağını deyir. “Bizim icmanın kibernetika imkanlarından asılı olmasına baxmayaraq bir alyans kimi hazırlıq səviyyəmiz çox aşağıdır. "

Digər tərəfdən də bu asandır. Kompyuterlə bir az tanış olan hər kəs bunu edə bilər. NATO-nun kiber-hücumların qarşısının alınması üçün Estoniyada
Araşdırmalar Mərkəzi var. Lakin admiral Ceyms Stavridisin dediyinə görə, kiber-hücumların qarşısının alınmasında beynəlxalq əməkdaşlıq olduqca məhduddur.
“Ölkələrin həssas sahələri var ki, onlar bunu paylaşmaqdan çəkinir, lakin bunları bir kənara qoymalıyıq, çünki təhlükə olduqca yüksək və realdır.”

Kiber-hücumlar haker hucumlarından tutmuş, bank və hava yollarını nəzarət altında saxlayan kompüterləri hədəf alır. Bu hücumlar vasitəsi ilə hökumət və kəşfiyyat sirləri oğurlanır. Bundan əlavə kiber-hücumlar fiziki təsirlərə də məruz qoya bilir. Məsələn, elektrik stansiyasının işinin dayandırılması. Birləşmiş Ştatlar rəsmiləri bu yaxınlarda kiber-hücum vasitəsi ilə cinayərkarların dünya boyu bankamatlardan 45 milyon dollar oğurladığını bildirib.

London universitetindən professor Kevin Cons Kompüter Elmləri kafedrasının müdiridir. O, internetin insanları terrorçuya çevirmək qabiliyyətinə malik olduğunu deyir. "Belə bir terror kiminsə partlayıcı qurğudan istifadə edərək, terror həyata keçirməsindən daha qorxuludur. Bunu öz yataq otağında oturub həyata keçirmək olur.”

Çin, İsrail və ABŞ daxil edilməklə, bəzi ölkələr kiber-hucumlardan müdafiə sisteminə malikdirlər .Onlar bu sistemdən istifadə etdiklərinə görə qınanırlar.

Admiral Stavridis: “Məncə bunu alyansa çıxarmaq üçün hələ tezdir. Bu, hər bir ölkənin fərdi şəkildə baxılmalı olan bir sahədir. Zamanla kibernetika dünyasında təhlükə barədə intellektual kapitala ehtiyac duyulacaq."

Bu, kibernetika təhdidləri və ya ənənəvi hücumlar ola bilər. Professor Consun fikrincə bunun nailiyyətli olacağına inanır. “Hər hansısa bir ölkənin səhm birjasına hücum planlaşdırmaq olduqca riskli ola bilər, çünki sisteminizin hücuma məruz qalacağı və tamamilə məhv ediləcəyi kimi təhlükə ilə qarşılaşa bilərsiniz.”

Lakin ölkəsinin əks hücuma məruz qalmasını düşünməyən insanlar da az deyil. Bu isə problemə daha geniş baxılmasını tələb edir. .
XS
SM
MD
LG