Accessibility links

Cənubi Koreyanın araşdırmaları müəyyən edib ki, ötən ay Cənubi Koreyada bir neçə xəbər yayımı şirkətləri və bankların kompyuterlərinin sönməsində Şimali Koreyanın hərbi kəşfiyyat agentliyinin əli olub.

Cənubi Koreyanın İnternet və Təhlükəsizlik Agentliyi KISA-nın rəsmisi Li Seonqvu bu gün deyib ki, bu dəfəki kiber hücumu Pxenyanın hərbilər tərəfindən idarə edilən Baş Kəşfiyyat Bürosu tərəfindən törədilmiş haker hücumlarında bənzərdir.

Linin sözlərinə görə, hücum son dərəcə diqqətlə hazırlanıb. Baxmayaraq ki, hakerlər hücumun mənbəyini gizlətmək üçün 40 fərqli ölkənin internet protokol (IP) ünvanından istifadə ediblər, təhqiqatçılar kiber hücumunun Şimali Koreyada altı şəxsi kompyuterdən qaynaqlandığını aşkar edib.

KISA bildirib ki, Şimal bundan əvvəl kiber hücumlarına cəhd zamanı 22 fərqli ölkənin Protokol ünvanından istifadə etmişdi.
XS
SM
MD
LG