Accessibility links

Rauf Denktaş son mənzilə yola salındı

  • Amerikanın səsi

Rauf Denktaş son mənzilə yola salındı

Rauf Denktaş son mənzilə yola salındı

Türkiyə liderləri Şimali Kipr Türk Cumhuriyyətinin banisi Rayf Denktaşın dəfn mərasimində iştirak ediblər.

Türkiyə prezidenti Abdulla Gül və Baş nazir Rəcəp Tayyib Ərdoğan Nikosiyada Rauf Denktaşın dəfnində iştirak edənlər arasında olub. Selimiyyə məscidində dua mərasimindən sonra Rauf Denktaşın cənazəsi Kipr paytaxtında torpağa tapşırılıb.

Kipr türklərinin lideri Denktaş yanvarın 13-də 87 yaşında dünyasını dəyişib. O, 1983-cü ildə yaratdığı Şimali Kpr Türk Cumhuriyyətinin 2005-ci ilə qədər lideri olmuşdur. Bütün siyasi fəaliyyəti dövrü Rauf Denktaş Kiprdə müstəqil türk dövlətinin yaradılması uğrunda mübarizə aparmışdır.

Nyu-Yorkda bir neçə gündən sonra bölünmüş Kipr adası ətrafında sülh danışıqlarının gələcəyini həll edə biləcək zirvə görüşü keçiriləcək. BMT-nin Baş katibi Kiprin prezidenti Demetis Xristofias və Kipr tükrlərinin lideri Derviş Eroğlu ilə görüşəcək.

İndiyə qədər Kpr ətrafında aparılmış bütün danışıqlar nəticəsiz başa çatıb.

XS
SM
MD
LG