Accessibility links

Kiprdə bu gün prezident seçkiləri keçirilir. Yeni prezident hökuməti müflişləmədən xilas etmək üçün maliyyə paketi üzərində işləməlidir.

Rəy sorğularına görə sağ cinahı təmsil edən müxalifət lideri Niko Anastasiades iki əsas rəqibindən öndə gedir. Prezidentliyə digər namizədlər sol cihanı təmsil edən siyasətçi Stavros Malas və müstəqil namizəd Giorgios Lillikasdır. Niko Anastasiades səs çoxluğu əldə etsə, seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac qalmayacaq.

Hazırkı prezident Demetris Kristofias yenidən seçilmək uğrunda mübarizə aparmır.

Kipr rəhbərliyin dəyişməsi avro zonaya daxil olan ölkələrin adanın maliyyə baxımından gələcəyi ilə vağlı mühüm qərarlar çıxaracağı bir dövrə təsadüf edir.

Təxminən 40 ilə yaxındır şimalda Kipr türkləri, cənubda isə yunan kiprliləri tərəfindən idarə edilən iki hissəyə bölünmüş adanın birləşməsi seçkidə əsas diqqət mərkəzində olan məsələlər sırasında ön yerlərdə deyil.
XS
SM
MD
LG