Accessibility links

Kiprdə mühafizəkar siyasətçi prezident seçkisində qələbə çalıb


Kiprdə prezident seçkisinin ikinci turu mühafizəkar lider Nikos Anastasiades böyük səs çoxluğu ilə qələbə əldə edib. İlkin hesablamalara görə o, səslərin 57,5 faizini alaraq əsas rəqibi olan solçu siyasətçi Stavros Malasu geridə qoya bilib. Kommunistlərin dəstəklədiyi Malas səslərin 42,5 faizini əldə edib.

Paytaxt Nikosiyada Anastasiades tərəfdarları seçkinin nəticələrini böyük sevinclə qarşılayıblar.

Seçki kampaniyası zamanı Anastasiades Kipr iqtisadiyyatında yeni səhifə açacağını deyərək, ada üçün beynəlxalq yardımı təmin etməyə söz vermişdi.

Ondan fərqli olaraq Malas isə Kiprin qarşılaşdığı iqtisadi problemləri həll etmək məqsədilə beynəlxalq kreditin ciddi iqtisadi ölçülər götürülmədən alınması üçün müzakirələr aparılmasının tərəfdarı olduğunu demişdi.

Yunanıstanda yaranmış iqtisadi vəziyyət Kipr iqtisadiyyatına öz ciddi təsirini göstərib.
XS
SM
MD
LG